Musiqi Tarixini Bilmək Sizi Brainpriz Qalibi Edə Bilər 🎵🎵🎵
3 il 3 h.
Musiqi mövzusunda olan müxtəlif, əyləncəlisuallara cavab verərək Brainpriz oyunlarından həm zövq ala, həm də böyük pul mükafatlarına sahib ola bilərsiniz.
Hər kəs fərqli üslub və janrlarda musiqidən zövq ala bilər. Lakin, bir çox insanın, xüsusilə də musiqi həvəskarlarını yaxından maraqlandıracaq maraqlı faktları bloq yazımızda sizinlə bölüşürük. Məlumatları diqqətlə oxumağınızda fayda var, oyunlarımızda onlara rast gəlib düzgün cavablandırdığınız təqdirdə 8500 AZN sizin ola bilər.
Dünyanın ən qədim mahnısı Hurri Himni sayılır. Himnin mətni 1950 -ci illərin əvvəllərində Fransız arxeoloqlar qrupu tərəfindən qədim Suriyanın Ugarit şəhərində gil lövhələrdə aşkar edilmişdir.
Bəs dünyanın ən qədim musiqi aləti hansıdır deyə soruşsaz, quş və mamut sümüyündən hazırlanan fleyta cavabını alacaqsınız. Bu alət 2012-ci ildə Almaniyanın cənubundakı daş dövrü mağarasının içərisində tapılmışdır. Tapılan fleytaların 42.000 ilə 43.000 yaşları arasında olduğu təxmin edilir.
Queen qrupunun ifa etdiyi Bohem Rapsodiyası 20-ci əsrin ən çox dinlənilmiş mahnısıdır. Bohem Rapsodiyası Youtube və Spotify daxil olmaqla bir çox platformalarda 1.6 milyarddan çox dəfə dinlənmişdir.
Təəccüblü gələ bilər, lakin səssizlik də musiqi sayılır. 1952 -ci ildə bəstəkar Con Kej tamaşaçılarına tam dörd dəqiqə 33 saniyə sükut dinləməsinə imkan verən 4'33 'adlı mahnını tanıtdı. Bu unikal musiqi parçasının arxasındakı böyük fikir, demək olar ki, hər hansı bir səsin musiqi ola biləcəyini göstərmək idi.
Fərdi İnkişaf: “Həyatdan qorxmayın, Kamal bəy.”
“Həyatdan qorxmayın, Kamal bəy.”Məşhur türk yazıçısı Orhan Pamukun “Məsu...
Apple və onun texnologiya uğuru
Apple və onun texnologiya uğuru Texnologiya-hər daim inkişaf edən özünü təkmill...
DÜNYANIN ƏN UZUN VƏ MÖVCUD OLMAYAN YEGANƏ FİLMİ: AMBİANS
72 saatlıq bir treyleri olan və izlənilməsi aralıqsız bir ay davam edəcək filmin ...