Məsul Şəxslər
1.1 Brainpriz http://www.Brainpriz.com/ (“Veb sayt”) – (“Yarışma”) veb saytında təqdim edilən Qaydalar və Şərtlərə uyğun olaraq ayrılan uduşlar əsasında intellektual uduşlu yarışmalar təşkil edir.
1.2 Saytın reklam işçiləri və ya onların yaxın ailə üzvləri, Yarışmalarımızın təsisində və ya idarə olunmasında iştirak edən vasitəçilər və ya digər əlaqədar şəxslər istisna olmaqla, öz ölkəsində yaşı 17-dən yuxarı və yetkinlik yaşına çatmış bütün şəxslər yarışmalarda iştirak edə bilər
Qanuni Öhdəliklər
Yarışmaya daxil olmaqla, siz bir iştirakçı kimi (“İştirakçı”, “siz”, “sizin”) bunun üçün hüquqi imkanlara malik hesab olunmalı, göstərilən Qaydalar vı Şərtləri oxuyub tanış olmalı və onlara və hər hansı reklamla bağlı materiallarda qeyd edilən digər tələblərə riayət etməlisiniz.
Bu Yarışmalar Azərbaycan Respublikasının Qanunlarına əsasən tənzimlənir və Yarışma ilə bağlı istənilən məsələ Azərbaycan Respublikasının Qanunlarına əsasən həll edilməlidir və Azərbaycan Respublikası Məhkəmələri xüsusi mühakimə hüququna malik olmalıdır.
Veb sayt vasitəsi ilə Yarışmada onlayn olaraq iştirak etdiyiniz təqdirdə və bu Qaydalar və Şərtləri qəbul etməklə, Yarışmalarımıza girməyin qanuniliyi ilə əlaqədar olaraq ölkənizdə heç bir qanun pozmadığınızı təsdiqləyirsiniz. Təşkilatçı, hər hansı bir Yarışmaya qanunsuz daxil olan heç bir İştirakçıya görə məsuliyyət daşımır. Şübhəli vəziyyət yaranarsa dərhal Veb saytdan çıxmalı və ölkənizdəki müvafiq səlahiyyətli qurumlarla əlaqə saxlamalısınız.
Yarışmaya Giriş
Bu Yarışmalara Veb sayt vasitəsilə giriş etmək mümkündür. Bir Yarışma kateqoriyası mövcuddur: Eyni vaxtda yalnız bir Yarışma keçirilə bilər və Yarışmanın xüsusi mükafatları olacaq.
Yarışmanın və biletlərin mövcud olması və qiymətləri Təşkilatçıya məxsusdur və satış məntəqəsi və Veb saytda göstəriləcəkdir. Hər giriş biletinin qiyməti 0-5 Manatdır. İştirakçıların hər yarışda limitsiz oyun şansı olacaq.
Brainpriz hesabınızla Yarışmaya daxil olmaq üçün bizimlə bir hesabı qeydiyyatdan keçirməlisiniz. (a) Hesabı www.Brainpriz.com saytında onlayn qeydiyyatdan keçə bilərsiniz. (i) Hesabı onlayn qeydiyyatdan keçirmək üçün sizdən bir e-poçt ünvanı istəniləcək. (b) Xahiş edirik unutmayın ki, həmin e-poçt ünvanınız, eləcə də, hesabınıza daxil olmaq üçün istifadə edəcəyiniz istifadəçi adınız olacaq. Hər bir hesabın yalnız bir istifadəçi adı ola bilər. Bu səbəbdən bir neçə e-poçt ünvanınızı Brainpriz Hesabınıza əlavə edə bilməzsiniz.
Yarışmada Veb sayt vasitəsilə onlayn iştirak edərkən ekranda göstərilən təlimatları izləyin: Şəxsi Kabinet (Account Home) menyusa daxil olun və oyna (play) düyməsinə basın, Biletinizi (Ticket) alın, ödəmə məlumatlarını doldurun. Məlumatlarınızı diqqətlə yoxlamalısınız və yoxla (checkout) bölməsində Yarışma Qaydaları və Şərtlərini(Competition Terms and Conditions) oxuduğunuzu və başa düşdüyünüzü təsdiqləyən bəyannaməni işarələməlisiniz, daha sonra ayın Brainpriz yarışmasının suallarını cavabla. Hər bir suala cavab vermək üçün iştirakçılara təxminən 10-15 saniyə vaxt veriləcək. Bununla da, sualları onlayn araşdırmağın mümkün olmadığına əmin olacağıq. Hər girişdə 50-350 sualdan ibarət olan sual bankından təsadüfi suallar soruşulacaq. Bu şəkildə suallar təkrar-təkrar soruşulmayacaq. Hər yarışma 10-20 sualdan ibarət olacaq. (b) hesabınızdan ödəniş çəkildikdən sonra, Yarışmaya girişinizi təsdiqləmək üçün sizə e-poçt göndərəcəyik. Xahiş edirik unutmayın ki, bilet sifarişinizlə bağlı təsdiq ismarıcı e-poçt ünvanınıza gələnədək, onlayn daxil olarkən Yarışmada iştirak etmiş sayılmayacaqsınız.
3.6 Təşkilatçı, iştirakçının Qaydalar və Şərtlər üzrə hər hansı bir müddəanı pozduğu barədə əsaslı səbəbə malik olarsa, istənilən natamam Girişi ləğv etmək və ya etibarsız etmək hüququna malikdir.
3.7 Müvafiq qanunvericiliklə yol verilən halda, iştirak üçün bütün Girişlər bizim mülkiyyətimizə çevrilir və geri qaytarılmayacaqdır.
3.8 Brainpriz Yarışmasına Giriş (biletlər) hər Yarışma üçün adambaşı limitsiz giriş icazəsi var. Bu göstərilən limitdən sui-istifadə hallarına yol verilməməlidir və Təşkilatçının, bir şəxsin bir neçə hesabdan istifadə edərək bir Yarışmaya daxil olmaq üçün limiti keçməsi kimi əsaslı səbəbi olduğu halda, ən yüksək nəticəli iştirakçıya verilən istənilən mükafat və sifarişləri ləğv etmək hüququnu özündə saxlayır.
3.9 Suallar: Brainpriz Yarışmasında soruşulan suallar müxtəlif mövzuları əhatə edəcək. (Maşınlar, ölkələr, futbol, maşın brendləri və modelləri və.s). Bəzi suallara foto və şəkillər daxil ola bilər.
3.10 Brainpriz Yarışmasının sonunda, ilk 3-lüyə düşən iştirakçılarla yanaşı bütün iştirakçılar Liderlik Lövhəsi (Leaderboard) bölməsində paylaşılacaq.
Təşkilat Müddəti
4.1 Yanvar ayından Dekabr ayına kimi ilboyu hər ay Brainpriz yarışmaları təşkil edilir. Yarışmalar müxtəlif vaxt aralıqlarında başa çatır və qaliblər yarışma bitdikdən sonra 1 həftə ərzində açıqlanır. Bundan əlavə həftəlik yarışmalarımızda olacaqdır!
5.Yarışma Nəticələri
5.1 Brainpriz Yarışması: Daha çox düzgün cavabı olan iştirakçılar mükafatlandırılacaq. Eyni maksimal nəticə toplayan bir neçə iştirakçı olarsa, daha minimal vaxtda cavab verən və ən az səhv cavabı olan iştirakçılara üstünlük veriləcək. Eyni maksimal nəticəyə, eyni sərf edilmiş vaxta və eyni miqdarda səhvlərə birdən çox iştirakçı malik olarsa,bu halda eyni maksimal nəticəyə malik bütün iştirakçılar arasında pul mükafatı bərabər şəkildə bölünəcək.
5.2 Nəticələr Brainpriz Yarışması bitdikdən sonra bir həftə ərzində Təşkilatçı tərəfindən qəbul edilən etibarlı və qanuni Girişlər arasında ən sürətli olan, ən çox düzgün cavabı olan və ən az səhv cavabı olan iştirakçını riyazi olaraq hesablamaq üçün koordinatlar bazası yarım-avtomatlaşdırılmış şəkildə hesablanacaqdır. Hər Yarışmada ən çox düzgün cavabı, ən az səhvi olan və bütün sualları ən tez bitirən ilk 3(üç) İştirakçı mükafatlandırılacaq. Bilet qiymətinin 50% -i uduş fonduna əlavə olunur. İlk 3 yerin mükafatı bu qaydada hesablanır: 1-ci yer: Uduş Fondunun 50% -i 2-ci yer: Uduş Fondunun 30% -i 3-cü yer: Uduş Fondunun 20% -i. Məsələn: 5000 giriş sayı olduğu halda, toplam uduş məbləği 10.000 $ olacaq. 5000 $ uduş fonduna daxil olacaq. Birinci yer 2500$, ikinci və üçüncü yer müvafiq olaraq 1500 $ və 1000 $ qazanacaq.
Bundan əlavə olaraq, hər yarışmada ən az 3 fərqli qalib olur və əgər eyni istifadəçi ilk 3-lükdə 1-dən çox yer tutarsa onun ən yaxşı nəticəsi nəzərə alınır növbəti ən güclü iştirakçılar ilk 3-ə daxil olur.
5.3 Giriş qiymətinin qalan hissəsi veb sayt xərcləri, işçilərin əmək haqları, digər xərclərə və vergi işçisi qalan hissəni mənfəət olaraq saxladıqdan sonra ödənilən komisyon xərclərinə xərclənəcəkdir.
6. Qalib Məlumatları
6.1 Qaliblər yaşını təsdiq etmək üçün şəxsiyyət vəsiqələrinin nüsxəsini Təşkilatçıya göndərməli, eləcə də, ödəmə kredit kartı ilə həyata keçirilibsə, hər hansı bir mükafat məbləği köçürülmədən öncə kartın qanuni olaraq onlara məxsus olduğunu və ya ondan istifadə etmək üçün səlahiyyətli olduğunu təsdiqləməlidirlər. Bu öhdəliklərin hər hansı biri yerinə yetirilməməsi Qalibin diskvalifikasiya olunmasına və Təşkilatçının alternativ bir qalib seçməsinə səbəb ola bilər.
6.2 Həmçinin bütün Qaliblərdən Yarışma ilə əlaqədar və onların Yarışma qalibi kimi müəyyənləşdirilməsində Təşkilatçı tərəfindən gələcək marketinqdə və ictimaiyyətlə əlaqələrdə istifadə oluna bilən fotoşəkillər təqdim etmələri və ya fotoşəkillər üçün müəyyən poza alması tələb olunacaqdır.
6.3 Təşkilatçı tərəfindən yuxarıda tələb olunan məlumatların alınmasından və təsdiqlənməsindən sonra mükafatın təqdim edilməsi üçün Qaliblərlə əlaqə yaradılacaqdır.
6.4 Əlaqə Məlumatları: Hesab səhifənizdə əlaqə məlumatlarını əlavə etmək seçiminiz var. Bu məlumatlardan istifadə edərək, Qalib ilə əlaqə quracağıq. Bu məlumatları qəti şəkildə heç bir üçüncü tərəflə paylaşmayacağıq və ya ötürməyəcəyik, lakin bu məlumatları əlavə edərkən onlar vasitəsilə sizinlə əlaqə qura biləcəyimizi təsdiqləyirsiniz.
7. Yarışma Mükafatları və Mükafatların Paylanması
7.1 Brainpriz Yarışması: Brainpriz Yarışmasında bütün mükafatlar pul mükafatıdır və mükafatlarımızın alternativi yoxdur. Hər Brainpriz Yarışmasında ən azı 3 iştirakçı pul mükafatı ilə mükafatlandırılacaqdır. 3-dən çox iştirakçı maksimum nəticə göstərmişsə, uduş məbləği onlar arasında bölüşdürüləcək. Əgər 5 iştirakçı bütün sualları düzgün cavablandırıb və eyni vaxtdan istifadə edibsə və uduş məbləği 15.000 $dırsa, onlar uduş məbləğini bərabər şəkildə bölüşəcəklər. Əgər 2 iştirakçı bütün yarışma suallarına düzgün cavab vermiş və yalnız 1 iştirakçı ikinci maksimum nəticəni göstərmişsə, maksimum nəticə göstərən 2 iştirakçı 1-ci və 2-ci yerlər üçün nəzərdə tutulmuş mükafatları bölüşəcək və ikinci maksimum nəticəli 1 iştirakçı 3-cü yer üçün nəzərdə tutulmuş mükafatı əldə edəcək. Əgər 2 iştirakçı eyni maksimum nəticə əldə etmiş, 2 iştirakçı isə ikinci maksimum nəticəni əldə etmişsə, maksimum nəticə göstərən 2 iştirakçı 1-ci və 2-ci yerlər üçün nəzərdə tutulmuş mükafatları, ikinci maksimum nəticə göstərən 2 iştirakçı isə 3-cü yer üçün nəzərdə tutulmuş mükafatı bölüşəcəkdir. Mükafatları qaliblərə təqdim etdikdən sonra, hər hansı konvertasiya haqqı və ya qaliblərin pullarını qəbul etdikləri bankın tətbiq etdiyi haqlara görə məsuliyyət daşımırıq.
7.2 Mükafat limiti: Birinci yerin mükafat məbləğini 8.500₼ olaraq məhdudlaşdırırıq. İkinci yer üçün limit 5.100₼ üçüncü üçün 3.100₼ olacaq. Bu limiti istənilən vaxt silə və ya dəyişdirə bilərik.
8. Elektron Rabitə
8.1 Uğursuz, qismən və ya tamamilə yanlış kompüter ötürmələrinə, hər hansı bir kompüter, telefon, kabel, şəbəkə, elektron və ya İnternet avadanlığı və ya proqram xətaları, bağlantılar, hər hansı bir xidmət təminatçısının fəaliyyəti və ya səhlənkarlığı, internetə çıxış və ya əlçatanlığı, hər hansı digər xətalar və ya səhvlər daxil olmaqla icazəsiz insan müdaxilələri və ya trafik sıxlığına görə heç bir məsuliyyət daşınmayacaq. Təşkilatçı Yarışma uduşunu düzgün İştirakçıya vermək üçün əlindən gələni edəcək. Hardware, Software və ya digər kompüterlə əlaqəli xətalara və ya insan xətalarına görə mükafatın təqdimatında səhv olarsa, Təşkilatçı mükafatın verilməsinə düzəliş edərək düzgün İştirakçıya təqdim etmək hüququna malikdir.
8.2 Təşkilatçı kompüterin virusa yoluxması, şəbəkə xətaları, proqram xətaları (bugs), icazəsiz müdaxilə, saxtakarlıq, texniki nasazlıqlar və ya Yarışmanın idarə olunmasına, təhlüksizliyinə, ədalətliliyinə, düzgünlüyünə, şəffaflığına mənfi təsir göstərən və Təşkilatçının nəzarətindən çıxan hər hansı digər səbəblər də daxil olmaqla, istənilən bir yarışmanın bitmə tarixini uzatmaq barədə səlahiyyətə malikdir. Təşkilatçı sahib olduğu səlahiyyətə əsasən Yarışmanı ləğv edə, təxirə sala, dəyişdirə və ya dayandıra bilər və ya yarışma ilə bağlı girişləri etibarsız saya bilər.
Təşkilatçı bir Yarışmanı erkən bitirdiyi təqdirdə, Qalib bitmə tarixindən öncə Təşkilatçı tərəfindən qəbul edilmiş bütün etibarlı və qanuni Giriş etmiş iştirakçılardan seçilməlidir, lakinTəşkilatçı Qalibi seçmədən Yarışmanı erkən bitirmək səlahiyyətinə malikdir. Yarışma Qalib seçilmədən erkən sona çatdırılarsa, Təşkilatçı bütün iştirakçılara növbəti yarışmada yenidən oynamaq üçün Kredit verəcək.
8.3 Təşkilatçı səhvən mükafat verilən şəxslərə dəymiş və ya çəkilən hər hansı bir iqtisadi və ya digər zərərə görə məsuliyyət daşımır və bunun üçün heç bir kompensasiya ödənilmir. Təşkilatçı, Yarışmanı idarə etmək üçün istifadə olunan proqram və veb saytların populyar internet, planşet və mobil brauzerlərin ən son versiyaları vasitəsilə düzgün və dəqiq işləməsini təmin etmək üçün əlindən gələni əsirgəməyəcəkdir. Heç bir şübhəli hal olmaması üçün yalnız sistemlərimizdə qeyd olunan, göstərilən və ya hesablanan bilet koordinatları müvafiq Yarışmaya daxil ediləcək və Təşkilatçı proqram xətaları və ya digər hadisələr nəticəsində baş verən hər hansı bir yarışma girişlərinə görə məsuliyyət daşımır. Yarışma koordinatlarını istənilən vaxt Brainpriz.com saytındakı hesabınıza daxil olaraq yoxlaya bilərsiniz.
9. Qaliblərin Fərdi Məlumatları
9.1 Mükafatın Qalib tərəfindən qəbul edilməsi, 6.2-ci qaydaya uyğun olaraq, qanunla qadağan edilmədiyi müddətdə, onların foto və videolarının həm qazandıqdan dərhal sonra, həm də gələcəkdə istifadə edilməsi üçün tanıtım məqsədilə Təşkilatçı tərəfindən çəkilməsi ilə razılaşması deməkdir.
9.2 Yarışmaya daxil olmaqla, ad, ünvan, foto və digər bu kimi məlumatlarınızın istifadə olunmasına, eləcə də, Təşkilatçı tərəfindən Qalib elan edildiyiniz təqdirdə, hər hansı bir əlavə kompensasiya (müvafiq səyahət xərcləri istisna olmaqla) ödənilmədən reklam kampaniyalarında görünməyinizə razılıq vermiş olursunuz.
10. Öhdəlik Məhdudiyyətləri
10.1 Təşkilatçı, mükafat olaraq təqdim olunan malların və ya xidmətlərin keyfiyyətinə / uyğunluğuna dair heç bir açıqlama və ya zəmanət vermir. Təşkilatçının diqqətsizliyi nəticəsində yaranan ölüm və ya fiziki xəsarət ilə bağlı məsuliyyət istisna olmaqla, Təşkilatçı hər hansı bir hərəkət səbəbi ilə nəticələnən (iqtisadi daxil olmaqla) zərər daxil olmaqla, lakin bunlarla məhdudlaşmayan şəxs və ya əmlaka dəyən zərərə görə və ya təchizatın təşkili ilə bağlı işçilər və ya vasitəçilər və ya Təşkilatçı tərəfindən nümayiş etdirilən hər hansı Yarışmalarla bağlı Qalibi izləyən ailəsi/hər hansı şəxslərə və Qalibə mükafat olaraq təqdim edilən hər hansı məhsula və ya onun təchizinə görə məsuliyyət daşımır.
11. Məlumat Təhlükəsizliyi üzrə Bildiriş
Təşkilatçıya təqdim etdiyiniz və ya Təşkilatçının üçüncü tərəfdən əldə etməsi üçün səlahiyyət verdiyiniz hər hansı fərdi məlumatlar (məsələn: kredit kartı şirkəti) Təşkilatçı tərəfindən Yarışmanı idarə etmək və müvafiq mükafatların verilməsində istifadə ediləcək. Fərdi məlumatlarınızı emal etmək, qeydə almaq və istifadə etmək üçün Təşkilatçı bunları açıqlaya bilər(i) adını verdiyiniz hər hansı bir kredit kartı şirkətinə; (ii) Təşkilatçının izinlə ola biləcəyi hər hansı bir razılaşmaya əsasən, Təşkilatçıdan hər hansı bir hüquq və/və ya vəzifəni təhvil verməsini təklif etdiyi hər hansı bir şəxsə; (iii) Təşkilatçının öz işinin və ya işinin bir hissəsini ötürməyi təklif edən hər hansı bir şəxsə; (iv) hər hansı bir ölkədə Təşkilatçının qanuni və ya tənzimləyici tələblərinə riayət etməklə; (v) dələduzluq və digər cinayətərin qarşısını almaq, aşkarlamaq və ya təqib etməklə. Fərdi məlumatlarınızı emal etmək, istifadə etmək, qeyd etmək və açıqlamaq üçün Təşkilatçının bu məlumatları Azərbaycan xaricinə köçürməsinə ehtiyac yarana bilər və bu halda Təşkilatçı, bu köçürmə zamanı fərdi məlumatlarınızın lazımi dərəcədə qorunmasına davam etməsinə görə məsuliyyət daşıyır. Bir sözlə, məlumatlarınızı qoruyacaq və ödəmə məlumatlarınızı saxlamayacağıq.
12. Təşkilatçı
12.1 Brainpriz MMC, Atatürk prospekti 114, Bakı, Azərbaycan. Tel: +994508501105 e-poçt: [email protected] Veb: www.Brainpriz.com. Qaliblərin və onların yaşadıqları şəhərlərin siyahısı, hər Yarışmanın bitməsindən sonra bir (1) ay ərzində hazırlanaraq Təşkilatçıya e-poçt vasitəsilə göndəriləcək. Kontentimiz, loqomuz, vizual dizaynımız, ticarət nişanlarımız və s. xüsusi mülkiyyətimiz hesab olur. Fərdi məlumatlarınızı emal etmək, qeyd etmək, açıqlamaq və onlardan istifadə etmək üçün Təşkilatçının bu məlumatları Azərbaycan xaricinə köçürməsinə ehtiyac yarana bilər və bu halda Təşkilatçı, bu köçürmə zamanı fərdi məlumatlarınızın lazımi dərəcədə qorunmasına davam etməsinə görə məsuliyyət daşıyır.