Fərdi İnkişaf: “Həyatdan qorxmayın, Kamal bəy.”
2 il 7 ay
“Həyatdan qorxmayın, Kamal bəy.”
Məşhur türk yazıçısı Orhan Pamukun “Məsumiyyət Muzeyi” romanında bir çox diqqət çəkən məqamlar, dialoqlar olsa da, Kamal bəylə psixoterapevti arasındakı qısa dialoq digərlərindən daha çox fərqlənirdi:
- Həyatdan qorxuram, deyəsən, həkim.
- Həyatdan qorxmayın, Kamal bəy.
Biz insanlar Kamal bəy kimi həyatdan qorxmağa öyrəşmişik, məhz qoxrularımız vasitəsilə addım atmış, hətta atdığımız addımların sayından çox o addımın doğru olub- olmamasına daha çox diqqət etmişik. Biz insanlar Kamal bəy kimi həyatdan qorxmağa öyrəşmişik, həyatı mühakimə etməyə, onunla qarşı-qarşıya durmaqdan çox onun qarşısında baş əyməyə, bizim verdiyimiz qərarlardan çox onun seçdiyi seçimləri təsdiqləməyə öyrəşmişik. Biz insanlar, deyəsən, qorxudan qorxmağa belə öyrəşmişik, lakin bir dəfə çönüb nə üçün, nədən, axı niyə sualını verməmiş, elə sadəcə cavabı axtarmaq üçün çalışmışıq. Çox vaxtda əldə etdiyimiz cavabları bəyənməyib əlimizin tərsi ilə hər şeyi silmiş, bəzənsə heç ümid olmayacağını düşünüb hər şeyi yarı yolda tərk edib getmişik. İndi isə belə bir sual doğur: məgər həyatı qorxulu edən özümüz olduğu halda ondan qorxub qaçan biz insanlar deyilmiyik? Təəssüfər olsun ki, bizik. Məsudə Cabbarın bir sözü var; “Yazıq həyat... Bütün çətinlikləri yaradan insanın özü olduğu halda günah keçisi olaraq hər zaman həyat seçilirdi”. Daima başqalarına qılınc çəkib özümüzü qalxanla qoruyan bizlər həyatı da günahlandırmağı özümüz üçün asanlıq hesab etmişik. Bəs nə üçün yazıq həyatı mühakimə etmək yerinə özümüz üçün hərəkətə keçmirik? Nə üçün olduğumuz məkanda durub çətinliklərin öhtəsindən gəlmək yerinə asanlığın ardınca qaçmağameyilliyik? Biz ki buna qadirik! Biz ki qorxularımıza qalib gəlməyə qadirik! Biz ki insanıq! Çətinliyi özümüz yaratdığı kimi onun necə dəf olunacağını da bilirik, bəs nə üçün hərəkətə keçmirik? Biz nəyi və ya kimi gözləyirik?! Düzgün, ideal vaxtı mı? Halbuki qarşımıza qoyduğumuz hədəflərin üstəsindən bir-bir gəlmək üçün vaxtın önəmi yoxdur, sadəcə vaxtdan düzgün istifadənin önəmi var. Diqqət etsək, bütün dahi şəxsiyyətlərin, həyatda uğur qazanmış, bir pillə yüksəyə addım atmış peşəkarların hamısının zamandan düzgün istifadə edərək həmin yerdə qərar tapdığını görərik. Zamandan əlavə, onların bitib-tükənməyən məqsədlərinə çatmaq arzusu da burada böyük rol oynayır, artıq onlar həyatdan qorxmurlar, artıq onlar çətinlikdən qorxmurlar. Buna nümunə olaraq həyatında dəfələrlə çətinliklə üzləşən, ümid yeri bir qığılcımda məhv olan məşhur amerikalı yazıçı, Yeni Düşüncə fəlsəfənin davamçısı Orison Swett Mardenin adını bu məqamda qeyd etməsək olmaz. Dünyaya gözlərini açmadan anasını itirən Orison yeddi yaşında da atasının vəfat etdiyini eşidir, bununla da, o və iki bacısı həyata gah qılınc çəkir, gah da qalxanla özlərini qorumağa başlayırlar. Orison demək olar ki, hər gün işləyir, az məvacibi ilə güc-bəla ilə yaşamağa çalışırdı. Artıq taqətdən düşən, ümidi olmayan Orison bir gün onu ilhamlandıran kitabların əhatə dairəsinə düşür, oxumağın şirinliyini hiss edən Orison o gündən gecələr işləyir, gündüzlərdə əvvəlcə Boston universitetində daha sonra isə Harvard universitetində təhsil alır.Yığdığı pulla kiçik bir hotel satın alır, yavaş- yavaş işini genişləndirir. Lakin bir gün onun bu qədər həvəslə gördüyü iş məhv olur. Ümidini itirməyən Orison öz fikirlərini qələmə almaq qərarına gəlir, yeddi yüz səhifədən çox yazdığı kitabı evində baş verən yanğında külə çevrilir... Yenə də Orison ümidini və həvəsini itirmir, əksinə hər gün daha çox ümidlənir və yenidən kitabını yazmağa başlayır. Məhz sıfırdan başladığı o kitab sonradan bütün Amerikaya güc, motivasiya verir, Amerikanı yenidən ayağa qaldırır. Rövşən Abdullaoğlu “Çətin olsa da, həyat davam edir” kitabında Orison Swett Mardeni ölümsüzləşdirənin onun həyatda qarşılaşdığı ilk maneədən qorxub geri çəkilmədiyi cəsurluğu olduğunu vurğulayırdı. Cəsurlar qorxulardan çəkinmir, çətinlikdən qorxmurlar. Cəsurların bitib-tükənməyən ümidi var, onlar cəsurdular, qorxaq deyillər ki! Siz də qorxmayın, Kamal bəy. Həyatdan qorxmayın, Kamal bəylər...
Müəllif: Nərmin Ibrahimli
Zehninizi Brainpriz sualları ilə genişləndirin və qalib olun
Brainpriz oyunlarının beyin sağlamlığını artırdığını bilirdinizmi? Araşdırm...
Dünya: Kosmanavt həyatına nəzər
Kosmonavt həyatına nəzər Astronavt və ya kosmonavt - kosmos tədqiqatlarında...
Musiqi Tarixini Bilmək Sizi Brainpriz Qalibi Edə Bilər 🎵🎵🎵
Musiqi mövzusunda olan müxtəlif, əyləncəlisuallara cavab verərək Brainpriz oyunla...