home-loading

Şifrəni dəyiş

Daxil ol

Təsdiqləmə

Qeydiyyat

Avatarını seç

Qeydiyyatdan keç

Mobil nömrə

DÜNYANIN ƏN UZUN VƏ MÖVCUD OLMAYAN YEGANƏ FİLMİ: AMBİANS

2 il 6 ay

72 saatlıq bir treyleri olan və izlənilməsi aralıqsız bir ay davam edəcək filmin hekayəsini təqdim edirik. Rejissor Anders Veberq 720 saatlıq film çəkib.

Ötən bloq yazımızda kino sənayesinin necə və nə zaman yaranmasından qısa şəkildə bəhs etmişdik. Bu gün isə mövzunu daha da spesifik və maraqlı etmək üçün dünyanın ən uzun müddətli kinosu – “Ambians”-dan söz açacıyıq.

İsveçli rejissor Anders Veberq 30 gün davam edəcək bir film çəkir. “Ambians” filmi dünyanın müxtəlif ölkələrində eynivaxtda nümayiş olunacaq və daha sonra filmin lenti məhv ediləcək. Beləcə, mövcud olmayan ən uzun film kimi tarixə düşəcək.

“Ambians” 720 saatlıq xatirələri və duyğuları mücərrəd, simvolik səhnələr vasitəsilə çatdıran filmdir. Tematik olaraq, film həyat, güc, qaçış, ölüm və sevgidən bəhs edir.

2016 -cı ildə çıxan 72 saatlıq treylerdə qara və ağ geyimli iki rəqib qüvvəni – ölüm və yaşamı təmsil edən iki insana yönəlib. Rejissor bir nöqtədə ağı qara ilə bağlayır və bu potensial olaraq ölümlə mübarizəni göstərir. Qara sonra ağı basdırır və zəfər kimi görünür. Ancaq ağ yenidən ortaya çıxır və sonunda ikisi qucaqlaşır. Rejissor Veberq, nəticədə, ölümün baş verəcəyini qəbul etməli olduğumuzu irəli sürür. Ümumilikdə, filmin 2016 -cı ildə yayımlanan treyleri 72 saat uzunluğundadır, bu isə film vaxtının yalnız onda bir hissəsidir.

Paylaş:

Oxşar bloqlar