Hüquq: Sosial mediya hüquqları
2 il 7 ay
Ramazanda kluba getməyin sonu belə olmalı idi!
Son günlər Bakıda baş verən partlayışla bağlı olan sosial media paylaşımlarına gələn rəylər bir o qədər də ürəkaçıcı deyil. Əziz oxucular, mənim bu gün sizə danışacağım mövzu bu cür paylaşımları görərək rəy yazdığınız və ya fikir bildirdiyiniz sosial media hüquqları haqqındadır.
Günümüzdə ən çox müzakirə edilən mövzulardan biri sosial media üzərindən şərəf və ləyaqətin alçaldılması,təhqir və ya böhtanın yaratdığı məsuliyyətlə bağlıdır. Ümumiyyətlə, sosial media üzərindən şərəf və ləyaqətin alçaldılması, təhqir və böhtan hüquqi məsuliyyət yaradırmı? Bu məsələ qanunla necə tənzimlənir?
Çox vaxt bu anlayışlar qarışdırılır. Bu məsələni mübahisələndirmək üçün ilk növbədə bu anlayışların mənasını düzgün bilmək lazımdır.
Şərəf-şəxsə verilən ictimai qiymətdir. Yəni cəmiyyət tərəfindən olan dəyərləndirmədir.
Ləyaqət-şəxsin özünün özünə verdiyi qiymətdir.
Təhqir-şərəf və ləyaqətin alçaldılması olduğu halda, böhtan-yalan olduğunu bilə-bilə şərəf və ləyaqətin ləkələnməsidir.
Hər kəsin konstitusion təsbit olunmuş söz azadlığı hüququ vardır. Yəni siz fikrinizi, sözünüzü müəyyən hədlər çərçivəsində qarşı tərəfə azad şəkildə çatdıra bilərsiniz. Qarşı tərəfin şərəf və ləyaqətini alçaltmadan onun haqqında müsbət və mənfi fikirlərinizi deyə bilərsiniz. Bu halda sual yaranır. Bəs saxta hesablardan olunan təhqir və böhtanlar cavabsızmı qalacaq?
Əlbəttə ki, xeyr. Profil saxta olsa belə, həmin şəxsin İP və data ünvanı təsbit olunur və yeri müəyyənləşdirilir.
Sosial şəbəkələrdə ölkədən kənarda olan şəxslərin söyüş və təhqir, böhtanla daha çox məşğul olması müşahidə edilməkdədir. Bəs onlar cəzasızmı qalır? Xeyr. Cinayət Məcəlləsi və digər qanunlara əsasən o şəxslər də Azərbaycanda məsuliyyətə cəlb olunur.
Real misallarla fikrimi izah etməyə çalışacam. İnstagram sosial platformasında daha tez-tez gördüyümüz story bölməsində qarşılıqlı fikir müharibəsi edən şəxslər var) Tərəflərdən hansısa açıq təhqir etdikdə digər tərəf sübut kimi onu məhkəməyə təqdim edərək təhqir edən tərəfdən mənəvi təzminat ala bilər. Şahidlər olduqda bu təzminatın miqdarı daha da artacaqdır. Məsələn təhqir olunan şəxs ciddi sarsıntı keçirdiyi zaman yanında buna şahid olan şəxslər məhkəmədə çağırılır və məhkəmə qərar verdikdə onların da şahidliyi nəzərə alınır.
Nəticə olaraq,əziz insanlar,unutmayaq, hər hüququmuzu həddlər daxilində istifadə etməliyik. Və müəyyən sözləri deyərkən maksimum diqqətli olmağa çalışaq. Kimə necə təsir edəcəyini bilmədiyimiz, nifrət qusduğumuz sözlər hər kəsi incidər. Və ən əsası hər kəs özünə xoş olan tərzdə yaşayır. Bir-birimizə qınayaraq müdaxilə etmədiyimiz gözəl dünya olması diləyi ilə...Sevgi ilə qalın..
Müəllif: Asiman Musayeva
Yarışmalardan yatırımsız pul qazanmaq.
Son bir neçə ildə, internetində yayılması ilə birlikdə, online oyun oynayaraq pul...
ONLAYN VİKTORİNADA İŞTİRAK ET VƏ ELƏ İNDİ PUL QAZAN!
Müasir dövrün özüylə bərabər gətirdiyi xüsusiyyətlərdən biri də onlayn qaza...
Zehninizi Brainpriz sualları ilə genişləndirin və qalib olun
Brainpriz oyunlarının beyin sağlamlığını artırdığını bilirdinizmi? Araşdırm...