home-loading

Şifrəni dəyiş

Daxil ol

Təsdiqləmə

Qeydiyyat

Avatarını seç

Qeydiyyatdan keç

Mobil nömrə

Dünya: Kosmanavt həyatına nəzər

2 il 5 ay

Kosmonavt həyatına nəzər

     Astronavt və ya kosmonavt - kosmos tədqiqatlarında iştirak etmək üçün təlim keçmiş və kosmosda araşdırma çalışmalarının idarə olunmasında xidmət göstərən şəxsdir. Kosmonavtlar kosmosda tədqiqatlar aparır, məlumatlar toplayır, kosmosdan və ziyarət edilən planetlərdən nümunələr toplayaraq onları dünyaya gətirir, burada həyatın olub-olmadığını araşdırır, elmi araşdırmalar aparır, kosmosun şərtlərini öyrənirlər. Bir sözlə bəşəriyyətə fayda verəcək kəşflər edirlər. Kosmik araşdırmaların reallaşdırılması üçün mühüm önəm daşıyan kosmonavtların məqsədi dünyanı, yəni Yer Kürəsini anlamaq və insan həyatını asanlaşdıracaq kəşflər, yeni icadlar ərsəyə gətirməkdir. Bu məqsədlərə nail olmaq üçün isə sözün həqiqi mənasında yaxşı təlim,  görmək, sağlam imkanlara sahib olmaq, yüksək savadlılıq vacib şərtlərdəndir. Məhz buna görə də kosmonavt adına layiq olmaq təxmin edə bilməyəcəyimiz qədər çətindir. 

   Kosmonavt olmağı şərtləndirən əsas amillərdən biri “sağlam bədən-sağlam ruh” standartına cavabdeh olmaqdır. Spirtli içki, tütün, alkol vərdişlərin olması belə qadağandır. Bu işlə məşğul olmaq istəyən namizədlərin boyu ən azı 160 sm olmalı, qan təzyiqi 140/90-ı keçməməlidir. 26-46 yaş arası insanlar arasında seçim aparılır. Mütəxəssislərin araşdırmasına əsasən, ortalama kosmonavt yaşı hazırda 43-dür. Zehni qabiliyyət, elmi təfəkkür önəm kəsb edir ki buna nəzərən həmin şəxslər mühəndislik, fizika, kimya, riyaziyyat, texnoloji məlumatlar üzrə bilik səviyyəsi yüksək olmalıdır. Təbii ki bu keyfiyyətlərə sahib olduqdan sonra bu sahənin peşəkarı olmaq üçün astronavt təlimlərinə müraciət etmək lazımdır. Belə ki günümüzdə ən çox müraciət edilən şirkət NASA-dır. Ərizələri qəbul edilən namizədlər müəyyən psixoloji və fiziki testlərdən keçdikdən sonra müsahibədən keçirilir. Bu mərhələləri uğurla keçən namizədlər gərgin və çətin təlim prosesinə daxil olurlar. Psixologiya, elmi, təmir və texnoloji bacarıqlar, hesablama işi, su altında sınaq çalışmaları aparılır. Bunların hər birindən maksimum uğurla keçən namizəd kosmosda fəaliyyət üçün getməyə vəsiqə qazanır. NASA-da təlim prosesi təxminən 2 ildir. Bu rəqəm ESA astronavtları üçün 40 ay olaraq planlaşdırılır. Ümumiyyətlə astronavt olmaq üçün 3 illik təcrübə tələb olunur. 

    Astronavtlar və onların yaşayış təminatını ödəmək böyük sərmayə tələb edir. Kosmonavtların maaşı 60-150 milyon dollar arası təyin olunur. Bununla qalmayıb geyim və qidaya da kifayət qədər ödəniş edilir. Bir astronavt paltarı 13 qatdan ibarət, 127 kq olub 45 dəqiqə müddətində geyinirlər ki  dəyəri 12 milyon dollara bərabərdir. NASA şirkəti tərəfindən astronavtlar üçün nəzərdə tutulmuş 1 kq yemək 20 milyon dollara başa gəlir. 

    Bəs maraqlıdır kosmonavtın bir günü necə keçir ? Bizim yaradılışımız tələb edir ki şəxsi ehtiyaclarımızı ödəmək üçün su,yemək, gigiyenik təmizlik, yuxu, sağlamlıq üçün idman və s. qarşılayaq. Bunların hər biri sözsüz kosmik gəmi daxilində müəyyən bir müddət yaşayan astronavtlara da aiddir. Su məsələsi haqqında məlumat verərkən deyə bilərik ki uzun müddət istifadə üçün müəyyən qədər su nəzərdə tutulur, lakin əgər həmin su tükənərsə sulu tullantılar bərpa edilərək təkrar istifadəyə yararlı hala gətirilir. Yeməklər vakuumlu çanta və xüsusi paketlərdə saxlanılır. Tərkibləri əsasən qatı və qurudulmuş qidalardan təşkil olunur. Bir astronavtın gün ərzində 3 dəfə qida qəbul etmə şansı vardır. Gigiyenik təmizlik üçün isə müəyyən olunmuş qaydalara riayət etmək lazımdır. Qeyd edək ki bir kosmonavtın çətinliklə həll etmiş olduğu əsas məsələlərdən biri də məhz gigiyenik şəraitlərini təmin etməklə bağlıdır. Duş alarkən yaxud WC-dən istifadə edərkən sabit durmaq lazımdır. Buna görə də xüsusi bağlayıcı sistem tərtib olunmuşdur. Ətrafa kir yayılma ehtimalının aradan qaldırılması üçün vakuum sistemdən istifadə olunur. Duş alarkən suya ehtiyac olmayan sabun bənzəri salfet, dəsmal xarakterli parçalardan istifadə edilir. Diş pastası ilə dişləri yuduqdan sonra isə ağıza alınan suyu sonda içməkdən başqa çarə yoxdur. Bir çox insanı kosmosdakı şərait daxilində yuxunun necə və hansı şərtlərlə təmin olunduğu çox maraqlandırır. Bir astronavt gün ərzində 8 saatdan artıq yata bilməz. Onlar yuxu kapsulunun içərisindən ayaqüstə yatmalıdırlar. Kosmonavtların bir çoxu yatmaq üçün gözlərini bağladıqda ulduz klasterlərini gördüklərini söyləyirlər. Buna səbəb olan hadisə isə “hissəcik radiasiya və onun təsiri “ ilə izah olunur. 

   Bildiyimiz kimi insan orqanizmi Yer Planetinin təbii şəraitinə uyğun yaradılmışdır. Kosmosda mövcud olan şərait isə insanlıq üçün yaddır. Buna əsasən də orqanizmin uyğunlaşması prosesi çətinlik törədir və müxtəlif narahatlıqların yaranması kimi hallar baş verir. Astronavtların bizlərə vermiş olduğu məlumata əsasən kosmos ağır metal, plastik və ət qoxusundadır. Bu qoxu ilə tənəffüs almaq isə biz insanlar üçün heç də rahat olmadığı açıq aşkardır. Kosmosun ağırlıq qüvvəsinə mənsub olmaması nəticəsində nəfəs borusunda tıxac yaranır və qoxu alma zamanı məhdudiyyətlər baş verir. Bu biolojik hadisə ilk 1 həftə ərzində qrip virusuna yoluxmuş şəxsin qoxu və dadalma bacarığının zədələnməsi təsiri ilə eynilik təşkil edir. Müəyyən bir müddət keçdikdən sonra isə tam bərpa olmasa belə qismən normaya düşür. Bir astronavt həyati sağlamlığı üçün təhlükə yaradan məqam radiasiya təhlükəsidir. Belə ki nüvə stansiyasında çalışan bir işçinin ömrü boyu məruz qaldığı radiasiyaya kosmonavt 6 ay ərzində məruz qalır. Bunlarla yanaşı başın böyüməsi halı, bədən genişlənməsi, əzələlərin boşalması, sümük əriməsi, şiş üz sindromu da narahatlıqlar arasına daxildir. Fiziki cəhətdən aktivliyi qorumaq üçün gün ərzində müəyyən olunmuş saatlarda aktiv idman ilə məşğul olmaq məcburidir. 

   Kosmik sahədə ilklər və yeniliklər, o cümlədən tarixə iz salmış hadisələr baş vermişdir ki bunlardan bir çoxumuz xəbərdarıq. Gəlin bu tarixi hadisələrə birgə nəzər salaq! 

Bəşəriyyət tarixində ilk dəfə 1961-ci il aprelin 12-də Yuri Qaqarin “Vostok-1” gəmisi ilə kosmosa qalxıb. Onun uçuşu təxminən 108 dəqiqə davam edib.  İlk qadın kosmonavt Valentina Tereşkova 1963-cü il iyunun 16-da “Vostok-6” gəmisində kosmosa uçub. 1969-cu il iyulun 20-də amerikalı astronavt Nil Armstronq Ayın səthinə ayaq basan ilk insan olub. Kosmosda uzun müddət zaman keçirən də rusiyalı kosmonavt Sergey Avdeyevdir. O, açıq fəzada 747 sutka 17 saat keçirib. 

   Keçmiş SSRİ Ali Sovetinin 1962-ci il 9 aprel tarixli Qərarı ilə 12 aprel tarixi Ümumdünya Aviasiya və Kosmonavtika Günü elan edilir. Günümüzdə bir çox ölkələr tərəfindən bu tarixi gün qeyd edilir. 

  Günümüz üçün aktual olan bu mövzuya yekun baxış olaraq demək olar ki, sonsuz olduğu düşünülən, lakin sonsuz olduğuna qəti şəkildə mühakimə edilə bilməyən bu geniş fəza sahəsi bəşəriyyət mövcud olduqca hər daim insanların maraq dairəsində olacaqdır. 

 

Müəllif: Nəzrin Tahirli 

 

    

Paylaş:

Oxşar bloqlar