home-loading

Şifrəni dəyiş

Daxil ol

Təsdiqləmə

Qeydiyyat

Avatarını seç

Qeydiyyatdan keç

Mobil nömrə

Hüquq: Azərbaycanda Maska Hüququ

2 il 8 ay

Azərbaycanda Maska Hüququ

 

Ad qəribə səslənir eləmi? Maska hüququ? Halbuki bizim belə bir hüququmuz təsbit olunmayıb,hərçənd olmasını da çoxları istəməz)

Gəlin ilk öncə hüquq, vəzifə və məcburiyyətin fərqinə baxaq.

Hüquq odur ki, o var olur, amma onu realizə edib-etməmək bizim istəyimizdən asılıdır. Əlbəttə ki, istisna təbii hüquqlarımızdır. Məsələn yaşamaq hüququ. Digər hüquqlara misal kimi məsələn seçki hüququnu göstərə bilərəm. Bizim seçki hüququmuz var, amma bu məcburi deyil. Bu hüquqdan istifadə edə də bilərik, etməyə də. Bütün hüquq və azadlıqlarımız konstitusion qaydada öz təsbitini tapıb.

Vəzifə isə bizim borclarımızdır. Konstitusiyanın 72-80-ci maddələrində təsbit olunub. Məsələn ətraf mühiti qorumaq, dövlət rəmzlərinə hörmət vəs

Məcburiyyət isə hər hansı qanunda təsbit olunan, bizim müəyyən müddət  mütləq etməli olduğumuz hərəkətlərdir. Ən bariz nümunə maska məcburiyyəti. Bildiyimiz kimi, son 2 ildir ölkəmizdə müəyyən yerlərdə maska məcburiyyəti vardır. Bəs bu məcburiyyətin faydalı və zərərli tərəfləri nədir?

Müəyyən müddət hətta açıq havada da maska taxmaq məcburi idi. İnsanların bezməsi onların maskadan istifadəsini zərərli hala gətirdi. Normalda tibbi maskalar 4-5 saatdan bir dəyişilməlidir. Amma biz cibimizdən nə tapsaq, cərimə olunmamaq üçün az qala başımıza taxırıq :d Əlbəttə ki, maskanın faydası çoxdur, məsələn metroda və ya ictimai nəqliyyatda  hiss reseptorları ölmüş insanlara məruz qalmırıq :d

İndi isə maskanın digər məcburiyyət alternativi olan karantinlə bağlı hadisələrə nəzər yetirək.

Sərt karantin zamanı çox sayda iş yeri, müəssisə bağlandı, iflas etdi və ya kiçildi. Bəzi kirayəçilər hələ də sahibkarlara kirayə borcunu ödəyir. Bəs bu nə dərəcə doğrudur? 

Əziz insanlar, bu cür hüquq tapdalanmasının tək səbəbi hüquqi savadsızlığın olması və bəzilərinin araşdırmadan :” sahibkardır, düz deyir, yəqin bir bildiyi var” deməsidir. Gəlin reallıq üzərindən məsələyə baxaq:

A adlı şəxs karantindən öncə restoran sahibiylə  müqavilə bağlayaraq restoranı icarəyə götürüb. Aylıq icarə haqqı 2000dir. Amma karantin dövründə qadağaların olması, daha sonra məhdud şəkildə restoranın fəaliyyətinə icazə verilməsi A adlı şəxsin aylıq icarə haqqını ödəyə bilməməsinə gətirib çıxardı və borcları yığıldı. Bu zaman sahibkar müqaviləyə xitam verilərkən ondan bu borcları tələb edə bilər? XEYR. Çünki Mülki Məcəlləmizə əsasən şərait əhəmiyyətli dərəcədə dəyişdikdə borclar yaranmır. Yəni pandemiya şəraiti A adlı şəxsdən asılı deyildi. Buna görə də sahibkara tabe olub borc ödəmək yerinə məhkəməyə verərək ədalətli şəkildə xitamı tələb edə bilər. Buna misal üçün restoran dedim. Digər istənilən obyekt ola bilər. Məqaləni oxuyanlar düşünə bilər ki, bu cür insanlar hal-hazırkı dövrdə qalmayıb, hər kəs qurd kimidir) Ancaq statistikada hələ də var olduğu bilinir. Həmin sahibkarların və ya kirayə verənlərin etdikləri qanunsuzdur. Mənim də bu cür məqalə yazmaqda məqsədim insanlara öz hüquqlarını bacardığım qədər sadə dildə çatdırmaqdır. 

Həmçinin obyekti iflas edənlər də çox idi. Heç düşünmüsünüzmü, iflasdan sonra orda işləyən insanların aqibəti necə oldu? Onlar öz hüquqlarını realizə edə bildilərmi?

Konstitusiyanın 35 və 38ci maddələrinə əsasən işsizlərin dövlətdən sosial təminat almaq hüququ vardır. Amma qanunda hər kəsin deyil müəyyən kateqoriya şəxslərin sosial müavinət alması göstərilib. Konstitusiya ilə ziddiyyət olsa da, hələ ki qanunda dəyişiklik edilməyib.

Buna görə də dövlət yardıma ehtiyacı olanlara  hər ay 190 manat pul ayırdı. Qazancı çox olanların da müraciət etməsinə baxmayaraq, 190 manatı almamaq üçün səbəbləri ələdikdə sadəcə olaraq yıxılıb ölməyimiz qalırdı :d

Son günlərdə  isə maska cərimələrinin və maska məcburiyyətinin ləğv olması müzakirə edilir. Ümid edirik ki, nəfəsimiz üçün doğru qərar veriləcəkdir)

                                                                                          

             Müəllif:Asiman Musayeva

 



 

 

Paylaş:

Oxşar bloqlar