home-loading

Şifrəni dəyiş

Daxil ol

Təsdiqləmə

Qeydiyyat

Avatarını seç

Qeydiyyatdan keç

Mobil nömrə

Dünya: “Çaplinin kommunist mələkləri”

2 il 5 ay

Çaplinin kommunist mələkləri

O, ziyalı ab-havası olan dilənçidir, diqqət yetirsəniz, şillə alandan sonra ilk öncə şlyapasın düzəldir. O, iyirmi beş yaşında dünya şöhrəti qazanan, kinematoqrafiyada yeni bir cığır açan, səssiz filmin ustadıdır. O, balaca Çaplin obrazı ilə yaddaşlarda qalan, hər daim vəzifəsinin insanları güldürmək olduğunu vurğulayan, susqunluğun şəhzadəsi Çarlz Spenser Çaplindir. Qeyd etməliyik ki, Çarlz Çaplinin kinematoqrafiya palitrasına qatdığı qeyr-adi rənglərin sayı bir xeyli çoxdur və illər keçsə də, onun ağ-qara metrajlı solğun simalara rəng verən filmləri ekranlardan keçib-getmir. Ancaq Çarlz Spenser Çaplinin həyatı da onun filmləri kimi əyləncəli və rəngli idimi? 

Uşaqlıqdan bir çox çətinliklərlə üzləşsə də, onun üçün böyük təhlükə 1942-ci ildə,-Mən kommunist deyiləm, amma fəxr edirəm ki, özümü kifayət qədər kommunist tərəfdarı kimi hiss edirəm,- sözləri ilə başladı. Dünyanın uzaq guşələrində İsa Məsih haqqında heç vaxt eşitməmiş kişilər və qadınlar var; lakin onlar Çarli Çaplini tanıyır və sevirlər deyə fəxrlə vurğulayan, Çarlinin sənətini yüksək qiymətləndirən FBI Çarlinin kommunizmlə bağlı dediklərindən sonra, demək olar ki, mövqeyini tam əks istiqamətdə dəyişdi. 30 il Böyük Britaniya vətəndaşı olan, lakin Amerikada yaşayan məşhur komediyaçı üçün bu sözlər ağır ola bilərdi. Lakin balaca Çarli sözlərini və siyasi fikirlərini ifadə etməkdən çəkinmir, davamlı olaraq cəbhədə Rusiyaya rəğbət bəslədiyini vurğulayırdı. O getdikcə artan düşmənlərinə açıq-aşkar deyirdi: Əgər Rusiya müharibədə məğlub olsa, Asiya qitəsi faşistlərin hökmranlığı altına düşəcək. O zaman, bizim də Hitler üzərində qələbə şansımız olmayacaq. Əslində, Çarlz burada Rusiyaya rəğbətdən çox öz dövlətinə və mövqeyinə toxuna bilinəcək ağır zərbələrin nəticələrini qeyd etmək istəmişdi. Hətta, digər bir perspektivdən baxsaq, o dövlət və mövqedən çox insanlara vurulan ziyanın gələcəkdə nə kimi nəticələr yaradacağını vurğulayırdı. Çarlz, əslində, cəmiyyət və fərdin bugünkü yaşayışında qarşısında duran maneələrə toxunmaq istəmiş və onun bu istəyi gerçəkləşmişdi. O, dövrün maneəsini diktatorluq rejimində olduğunu iddia edir, kommunist fikirlərindən sonra əsl tənqid mərkəzinə çevrilən Böyük Diktator adlı ilk səsli filmini səhnələşdirərək düşmənlərinin sayını artırmışdı. Filmdə deyilirdi: Diktatorlar öz rahatlıqları üçün xalqı qul etdilər! Ədalətli dünya üçün mübarizə aparaq! Elm və uğurun insanların xoşbəxtliyinə xidmət etdiyi bir dünya üçün mübarizə aparaq! Əsgərlər, gəlin demokratiya ətrafında birləşək!  Film efirdə nümayiş olunan zaman ABŞ və nasist Almaniya (Nazi Germany) arasında heç bir gərginlik yox idi, hətta onlar müəyyən məsələlərdə ittifaqda idilər. Ancaq Çaplinin bu filmi bir başa  Adolf Hitlerlə, Benito Mussoliniylə, eləcə də faşizm tərəfdaşları ilə bağlı idi. Bu da öz növbəsində hər hansısa bir gərginlik yarada bilərdi. Məhz buna görə də, film böyük ekranlara buraxılmır, Çaplin rəsmi hakimiyyət nümayəndəçiləri tərəfindən tənqidlərə məruz qalır, lakin o yenə də fikrindən dönmür və öz müsahibələrində deyirdi: Diktatorlar gülməlidirlər. Mənim məqsədim də onları insanlara güldürməkdir.  Məhz elə bu sözlər Çarlz Çaplinin əsl məqsədini aydınlaşdırır, Çarli insanları gülüş vasitəsilə qul olduqlarını, bu maneəyə, diktatorluq rejiminə son qoya biləcəklərini etiraf edir, hətta öz təklifini belə irəli sürür; Demokratiya ətrafında birləşək! Onun faşizmlə bağlı fikirləri, fimləri və hətta müsahibələri cəmiyyətdə yenidən eyni fikri doğrurdu: O, kommunist idimi? Jurnalistlər ona bu sualı dəfələrlə vermiş, lakin heç bir spesifik cavab əldə edə bilməmişdilər, bəzən Çarli elə sözlər deyirdi ki, onu anarxist [1]belə adlandırırdılar. Bütün bunlara baxmayaraq, qeyd etməliyik ki, Çarlz Spenser Çaplin səsli film dünyasında səssiz filmləri ilə şedevr yaradan aktyor, ustad idi. Onun dəfələrlə müzakirə mərkəzi olan Böyük Diktator filmi isə müasir tənqidçilər tərəfindən tarixin ən əhəmiyyətli filmi, indiyə qədər çəkilmiş ən əsaslı komediya, satira nümunəsi olaraq qiymətləndirilmişdir. Uğurlarının sayı hesabı olmayan, hətta yeri gələndə bəzi siyasətçilərdən daha məşhur olan Çarlz Çaplinin siyasi fikirləriylə qınaq mərkəzinə çevirməzdən öncə onun sənətinə xüsusi ehtiramla yanaşılmalıdır. Sənətkar hər bir insan kimi müəyyən siyasi fikirləri, hər hansısa idealogiyanın tərəfkeşi ola bilər, bunları ifadə edə də bilər, necə ki Çarlz Çaplin kimi. Onu digərlərindən fərqləndirən məhz onun həyatındakı çətinliklərə, maneələrə rəğmən açıq-aşkar fikirlərini dönə-dönə səsləndirməsi deyildi mi? Bəli, məhz bu idi. O, heç bir sənətkarın göstərmədiyi şücaəti və cəsarəti ilə komediyaçı və ustad idi! 

 

 



[1] Anarxist- hakimiyyət və hər hansısa dövlət orqanını rədd edən, sturuktur olmadan idarəoluna bilinən cəmiyyətin tərəfdarı, Anarxiya dəstəkçisi.
 

Müəllif: Nərmin İbrahimli

Paylaş:

Oxşar bloqlar