home-loading

Şifrəni dəyiş

Daxil ol

Təsdiqləmə

Qeydiyyat

Avatarını seç

Qeydiyyatdan keç

Mobil nömrə

Müxtəlif dillər haqqında maraqlı və bilmədiyiniz faktlar

3 il 2 ay

Viktorinaların, həmçinin Brainprizin sevimli mövzularından biri də dil mövzusudur. Dillə bağlı bir çox insanın bildiyi və ya yanlış bildiyi faktlardan söz edəciyik.

Dil ünsiyyət üçün mühüm vasitədir. O, yalnız fikirləri çatdırmaqda deyil, həm də dostluqlar, iqtisadi əlaqələr və mədəni əlaqələr qurmaqda başlıca rol oynayır.

Birdən çox dil bilmək insanı bir çox cəhətdən daha təsirli və bacarıqlı edir. Nə qədər çox dil bilirsinizsə, bir o qədər mədəniyyətlə tanış olur, dünyagörüşünüzü artırırsınız.

Bu günkü bloq yazımızda dünyada mövcud olan bir çox dillər haqqında maraqlı faktlardan, insanların dil barədə yanlış bildiyi məlumatlardan danışacıyıq. Məlumatları diqqətlə oxumağınızı tövsiyyə edirik, çünki viktorinalarımızda həmin məlumatlara rast gələ bilərsiniz.
1) Bir çox insan sayının yüksək olduğunu düşünsə də, dünyada təxminən 7000 dil və ləhcə var.

2) Bibliyadan sonra ən çox tərcümə olunan kitablar Kiçik Şahzadə və Pinokkiodur.

3) Dünya əhalisinin yarıdan çoxu ikidillidir, yəni 2 dili doğma dili olaraq bilir.

4) Yer üzündəki ən çox dilli ölkə Papua-Yeni Qvineyadır. 800-dən çox dilin mövcud olduğu bu yerdə danışılan dillərin əksəriyyəti yerli dillərdir.

5) Roma Papası 9 dildə tvit atır.

6) Kosmonavtların rus dilində işlək biliklərə malik olması şərtdir.

7) Yunan və Ənənəvi Çin dili heroqlifləri bu gün də istifadə olunan ən qədim yazılı dillərdir.

8) Öyrənilməsi ən çətin dil Çin Mandarin dilidir. Bunun ən başlıca səbəbi isə əlifbanın olmamasıdır. Əlifba əvəzinə simvolları işlənilir və orta hesabla bir çinlinin 8000 -dən çox simvol bildiyi təxmin edilir, qəzet oxumaq üçün 3000 -dən çox simvol bilməlisiniz.

9) Fars dilində X əsrdən bəri fars dili əhəmiyyətli dərəcədə dəyişiklik olmayıb.

10) Alman dili ana dili olaraq ən çox danışılan Avropada ən çox danışılan dilidir.

Paylaş:

Oxşar bloqlar