home-loading

Şifrəni dəyiş

Daxil ol

Təsdiqləmə

Qeydiyyat

Avatarını seç

Qeydiyyatdan keç

Mobil nömrə

KİNO. FİLM TARİXİ HAQQINDA MARAQLI 10 FAKT

3 il 1 ay

Kinonun müasir həyatımıza böyük təsiri olmuşdur, və eyni zamanda o, fotoqrafiya, memarlıq, ədəbiyyat, oyun, rəsm və musiqi ilə yanaşı yeddinci sənət növüdür.

Kino özündə zəngin musiqi, ssenari, aktyorluq ehtiva edən vizual hekayə sənəti olaraq  fəaliyyət göstərdiyi müasir cəmiyyəti əks etdirir. Bu səbəbdən kino barəsində məlumatlara sahib olmağın dünya görüşü baxımından insana qatdığı tərəflər çoxdur.  Təsadüf deyil ki, dünyada aparılan bir çox intellektual yarışmalarda, oyunlarda “kino” mövzusu aktuallığını itirmir. Brainpriz oyunları da həmin suallara yer verilən viktorinalardandır.
Film tarixi mövzusu çoxşaxəli, maraqlı faktlarla və suallarla doludur.

Film necə və kim tərəfindən yaradıldı?

İlk filmlər niyə ağ-qara idi?

Film sənayesi necə yüksəlişə keçdi?

Gələcək illərdə bizi nə kimi yeniliklər gözləyir?

Gəlin, bu sualların bəzilərinə cavab tapaq.

İlk dəfə 1891-ci ildə Edison şirkəti hərəkət edən şəkillərə eyni anda baxmağa imkan verən “Kinetoskop” prototipini uğurla nümayiş etdirdi. Kütlə qarşısında ilk kinetoskop nümayişi 1893-də baş tutdu və artıq 2 il sonra Lumier qardaşları ödəniş müqabilində auditoriyaya hərəkət edən şəkilləri əks etdirdilər. Onlar kamera, proyektordan ibarət “Sinematoqrafiya” adını verdikləri cihazlarından istifadə etmişdilər.

İlk filmlər çox qısa, hətta bir neçə dəqiqəlik olmuşdur və meydançalarda, musiqi salonlarında, yaxud ekranların qurula biləcəyi otaqda qaranlıq yerlərlə göstərilirdi. Mövzu olaraq isə qısa komediyalar, xarici ölkələrin mənzərələri, xəbərlər, vacib hadisələr idi. Sinxron dialoqlar olmasa da, bəzən təsvir edildiyi kimi “səssiz filmlər” də deyildi.

İlk dəfə rəngli film isə 1909-cu ildə insanlara təqdim olundu; “kinemacolor” adı verilən bu prosesin ilk nümunəsi isə 2 saatlıq “With Our King and Queen Through India” filmi idi.

Paylaş:

Oxşar bloqlar