home-loading

Şifrəni dəyiş

Daxil ol

Təsdiqləmə

Qeydiyyat

Avatarını seç

Qeydiyyatdan keç

Mobil nömrə

Messi VS Maradona: Tarixin Ən Uğurlu Futbolçusu Kimdir?

2 il 6 ay

Brainpriz-də bu ay futbol mövzusuna yer veriləcək, deməli, bu gün futbol tarixində iz qoymuş məqamlardan, liqalardan və əfsanəvi futbolçulardan bəhs edəcəyik.

Futbol, iştirakçı və tamaşaçı sayına görə dünyanın ən populyar top oyunudur. Başlıca qaydaları və oyun vasitəsi sadə olan bu idman növü rəsmi futbol meydançalarından tutmuş  gimnaziyalara, küçələrə, parklara və ya çimərliklərə qədər demək olar ki, hər yerdə oynanıla bilər. Futbolun ən böyük  idarəedici təşkilatı Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası‎ (FIFA) XXI əsrin əvvəllərində təxminən 250 milyon futbolçunun və 1.3 milyarddan çox futbolla maraqlanan insanın olduğunu hesablamışdı.

Dünyada keçirilən ilk futbol oyunlarına dair dəlillər Yunanıstanda və Çində tapılmışdır və tarixi 2000 ildən çox əvvələ gedib çıxır, lakin tarixçilərin həmin dövrdə bu oyunun tam olaraq necə oynandığı barədə heç bir məlumatı yoxdur.

Günümüzdə isə oxşar standartlı üzv komandalar arasında oyunlar təşkil edən minlərlə futbol klubları birliyi var. Bunlardan ən məşhurlarına misal olaraq UEFA Çempionlar Liqasını, UEFA Avropa Liqasını, FİFA Klublararası Dünya Kubokunu, Bundesliqanı və s. demək olar.

Futbol azarkeşlərinin maraqla izlədiyi və daim müzakirə etdiyi bir digər mövzu isə əfsanəvi futbolçulardır. Bütün zamanların ən böyük futbolçuları ilə bağlı müzakirələrə gəldikdə, siyahı çox vaxt yalnız iki addan ibarətdir: Braziliyalı əfsanə Pele və El Pibe de Oro adlandırdıqları Diego Maradona. Hər iki futbolçu da FIFA-nın “Əsrin Oyunçusu” mükafatını qazanmışdır. Əlbəttə ki, başqa bir argentinalı əfsanə - Lionel Messi də var.

Ən yaxşı futbolçunun kim olduğu ilə bağlı müzakirələr Messinin karyerasında inkişafı ilə birlikdə daha da artmışdır. Maradonanın daha yaxşı olduğuna dair arqumentlər həm Argentina, həm dəNapoli-ni çempion edən faktlarla əsaslandırıla bilər. Messi oynadığı milli komanda ilə Dünya Kubokunu qazana bilməmişdi və FC Barselona artıq ölkə çempionu olduqdan sonra o, komandaya gəlmişdi.

 

Paylaş:

Oxşar bloqlar