home-loading

Şifrəni dəyiş

Daxil ol

Təsdiqləmə

Qeydiyyat

Avatarını seç

Qeydiyyatdan keç

Mobil nömrə

Ən məşhur viktorinada 1 milyon sterlinq qazana bilərdinizmi?

3 il 2 ay

Dünyanın ən məşhur viktorinası “Kim Milyoner Olmaq İstər?”-in son böyük mükafatçısı barədə məlumat vermişdik. İndi isə onun cavablandırdığı suallardan danışaq. 

Tarix müəllimi Donaldın ən yüksək mükafat yolunda qarşılaşdığı bəzi sualları sizlərə təqdim edirik - özünüzü sınayın və yoxlayın, görək, neçə suala düzgün cavab verə biləcəksiniz? Diqqətli olun, eyni suallara bizim viktorinalarımızda da rast gələ bilərsiniz

1) Hansı Disney personajı məşhur bir kral şənliyindən çıxarkən pilləkəndə şüşə ayaqqabısını unudur? (Sindrella)

2) Oraq və çəkic hansı siyasi ideologiyanın ən tanınan simvollarından biridir? (Kommunizm)

3) Tibbin bir qolu olan “Mamalıq işi” xüsusilə nə ilə bağlıdır? (Doğum)

4) “Loquacious” sözünun mənası nədir ? (Söhbətcil)

5) Hansı oyuncaqlar 'Robotlar maskalı' ifadəsi ilə satılıb?

A) Bratz Kuklaları

B) Sylvania Ailəsi

C) Hatchimals

D) Transformers

Düzgün cavab: D

6) 1718 -ci ildə hansı pirat indiki Şimali Karolina sahillərində gedən döyüşdə öldü?

A) Calico Jack

B) Blackbeard

C) Bartolomey Roberts

D) Kapitan Kidd

Düzgün cavab: B

7) Bu məşhur görməli yerlərdən hansının inşası ilk olaraqbaşa çatdı?

A) Empayr Steyt Bildinq

B) Royal Albert Hall

C) Eyfel qülləsi

D) Big Ben Saat Qülləsi

Düzgün cavab: D

Paylaş:

Oxşar bloqlar