Viktorina nədir? Bilik yarışı necə və nə vaxt meydana gəldi?

  • Əsas
  • /
  • Bloq
  • /
  • Viktorina nədir? Bilik yarışı necə və nə vaxt meydana gəldi?
Viktorina nədir? Bilik yarışı necə və nə vaxt meydana gəldi?

Viktorina nədir? Bilik yarışı necə və nə vaxt meydana gəldi?

“Viktorina” termini geniş bir anlayışdır. O, bir neçə sualdan ibarət olan tək bir oyuna və ya onlarla və ya yüzlərlə insanın iştirak etdiyi genişmiqyaslı bir yarışmaya da aid ola bilər.

 

​Viktorina, iştirakçıların bir və ya daha çox mövzuya dair suallara cavab verərək biliklərini sınadıqları bir yarışmadır. Oyunun sualları müxtəlif mövzularda və ya yalnız bir mövzuda ola bilər. Viktorina formatları da çeşidlərinə görə fərqlənir: insanların həftəsonları istirahət zamanı əylənmək üçün yarışdığı oyunlardan tutmuş, böyük pul mükafatları olan təklif olunan, eyni zamanda bir çox ölkədə keçirilən “Kim Milyonçu Olmaq İstər?” kimi televiziya oyunlarına qədər.​​​​​​​​​​Bəs viktorina anlayışı, yaxud qlobal olaraq işlədilən “quiz” necəyarandı? Sözün etimologiyası bilinmir, lakin meydana gəlməsi ilə bağlı bir çox hekayə mövcudur. Bunlardan ən məşhur bir rəvayətə görə, Riçard Dali, Dublin teatrının sahibi, dostlarıyla birgə mərcə girmişdi ki, heç bir mənası olmayan bir söz 48 saat ərzində bütün şəhərin dilində olacaq və bir həftə ərzində həmin sözün mənası elə insanlar tərəfində yaradılacaq. Buna görə, Riçard şəhərin hər bir yerində qapıların üstündə “Q”, “U”, “I”, və “Z” hərflərini yazmışdır və nəticədə, o mərcə qalib gəldi. ​​​​​​​​Oxford ingilis dili lüğətinə görə, bilik oyunu məğzində quizin ilk işləndiyi tarix 1867 -ci ildə insanların biliklərini akademik kontekstdə qiymətləndirmək üçün istifadə olunan bir sıra suallara tətbiq edilərkən meydana gəlib.​​​​​​​​​

 

Başlamağa hazırsan?
Qeydiyyatdan keç və pul mükafatları qazan