Tarix müəllimi 15 suala cavab verdi və milyonçu oldu ✔
3 il 1 ay
Böyük Britaniyada yayımlanan “Kim Milyoner Olmaq İstər?” yarışmasında ən son ötən il rekord qırılmışdı: iştirakçı 1 milyon funt sterlinq mükafatın sahibi olmuşdu.
Bildiyiniz üzrə dünyanın bir çox yerində “Kim Milyoner Olmaq İstər?” televiziya şousu keçirilir. Bu teleşoularda iştirakçılar BrainPrizdə olduğu kimi müxtəlif mövzularda olan suallara cavab verir, intellektual səviyyələri ilə böyük mükafata addım-addım yaxınlaşırlar.
2020-ci ildə bu yarışmanın Böyük Britaniyada yayımlanan versiyasında 14 il sonra bir iştirakçı böyük mükafatı qazana bilmişdi. Həmin bölümdə 57 yaşındakı tarix müəllimi Donald Fear 15 sualı cavabladıqdan sonra böyük uduşa – bir milyon funt sterlinqə sahib oldu. O, İngiltərə versiyasında altıncı qanuni milyonçu oldu.
Əvvəlki beş milyonçudan fərqli olaraq Donaldın dörd kömək haqqı var idi, lakin o, 32.000 funt sterlinqlik sualda yalnız 50:50 köməyindən istifadə etdi.
Böyük mükafat sahibinin hansı suallara cavab verdiyini bilmək istəyirsinizsə, növbəti bloq yazımızı gözdən qaçırmayın. Bilmək olmaz, elə həmin suallara, bəlkə, Brainprizdə də rast gəldiniz 😊
Fərdi inkişaf: Universitet illərini necə dəyərləndirməli ?
Universitet illərini necə dəyərləndirməli ?Müasir Dünyamızın sürətlənən ink...
DÜNYANIN ƏN UZUN VƏ MÖVCUD OLMAYAN YEGANƏ FİLMİ: AMBİANS
72 saatlıq bir treyleri olan və izlənilməsi aralıqsız bir ay davam edəcək filmin ...
Apple və onun texnologiya uğuru
Apple və onun texnologiya uğuru Texnologiya-hər daim inkişaf edən özünü təkmill...