home-loading

Şifrəni dəyiş

Daxil ol

Təsdiqləmə

Qeydiyyat

Avatarını seç

Qeydiyyatdan keç

Mobil nömrə

Brainpriz-də biz müştərilərimizin və sayt ziyarətçilərimizin təhlükəsizliyi və məxfiliyinin qorumasına görə 100 % məsuliyyət daşıyırıq. Fərdi məlumatlarınızı bizimlə paylaşarkən bizim işimizə nə dərəcədə inandığınızı anlayırıq. Bizim Məxfilik Siyasəti sizə tam məxfilik vəd edir. Biz məhsullarını/xidmətlərini sizə satmaq üçün məlumatlarınızı üçüncü tərəflə paylaşmırıq. Məxfiliyinizi Necə Qoruduğumuz barədə hər hansı sualınız olarsa, zəhmət olmasa [email protected] mail ünvanı ilə əlaqə saxlayın.

Brainpriz.com Azərbaycanda qeydiyyatdan keçmiş Brainpriz MMC-nin (şirkətin qeydiyyat ünvanı Atatürk prospekti 114, Bakı, Azərbaycan, AZ 1069) veb saytıdır. Bu siyasətdə “Brainpriz”, “biz”, “bizə”, “bizim” olaraq hər hansı istinad Brainpriz MMC-ə məxsusdur.

Bizimlə veb saytımız vasitəsilə əlaqəyə keçərkən, bizi şəxsən müəyyən edilmiş (fərdi məlumatlar olaraq istinad edilən) məlumatlarla təmin edə bilər və ya bu məlumatları biz toplaya bilərik. Ümumi Məlumat Qoruma Tənzimlənməsi (GDPR) (və fərdi məlumatlarınızla bağlı digər bütün qanunlar) məqsədlərinə əsasən, biz fərdi məlumatlarınızın necə istifadə olunacağına qərar vermək üçün və daha önəmlisi məlumatlarınızın təhlükəsizliyini qorumaq üçün və bunu yalnız qanuni səbəblərdən dolayı istifadə etmək üçün məsuliyyət daşıyan məlumatlar üzrə “nəzarətçi” (data controller) rolunu oynayırıq.

Biz sizin təhlükəsizliyinizi qorumaq üçün məsuliyyət daşıyırıq və fərdi məlumatlarınızdan istifadə edərkən qanuni öhdəliklərimizə riayət etmək üçün bütün lazımi addımları atacağıq. Bu Məxfilik Siyasəti öhdəliyimizi necə yerinə yetirdiyimizi izah edir, zəhmət olmasa diqqətlə oxuyub tanış olun.

BU SİYASƏT SİZƏ NƏ DEYIR

Veb saytımızdan istifadə edərkən və ya digər hallarda bizimlə birbaşa əlaqə saxlayarakən, bizə təqdim etdiyiniz (və ya sizdən topladığımız) fərdi məlumatların növləri hansılardır;

Bu məlumatları necə və qanuni olaraq bizə icazə verilən hansı səbəblər üçün istifadə edirik;

Məlumatlarınızı kiminlə paylaşırıq;

Məlumatlarınız üzərində olan hüquqlarınız və bu hüquqlardan necə istifadə edə bilərsiniz; və

Ləvğ etmə və qaytarma şərtləri

Hər hansı bir problem yarandıqda və ya daha dolğun məlumat almaq istədikdə bizimlə necə əlaqəyə keçə bilərsiniz.

HANSI MƏLUMATLARI TOPLAYIRIQ VƏ BU MƏLUMATLARI NƏ ÜÇÜN İSTİFADƏ EDİRİK?

Brainpriz-də qeydiyyatdan keçərkən və ya bizimlə birbaşa əlaqə yaradan zaman (veb saytımızdan istifadə edərkən və ya digər hallarda) aşağıda qeyd edilən fərdi məlumatları bizə təqdim etməlisiniz:

Şəxsi Məlumatlar - Ad, soyad, Brainpriz giriş məlumatları (şifrə), yaşadığınız ölkə

Əlaqə – e-poçt ünvanı, telefon nömrəsi və ünvan

Maliyyə – ödəmə kart məlumatları, hesab ünvanı, satınalma məlumatları, ödəmə tarixçəsi

Profil – marketinq üzrə üstünlükləriniz, digər veb sayt üstünlükləriniz , sorğu və rəylərə əsasən Brainpriz təcrübələriniz barədə rəyləriniz.

Sosial – Facebook, Twitter və ya Google hesablarınızdan istifadə edərək Brainpriz hesabınızı açmaq istədiyiniz halda, sizin Brainpriz qeydiyyat səhifənizi doldurmaq üçün müvafiq hesabınızda istifadə olunan əlaqə məlumatlarınızı istifadə edəcəyik.

Veb saytımızdan istifadə etdiyiniz zaman (“Çərəzlər”(“Cookies”) və ya digər izləmə texnologiyalarından istifadə edərkən) sizdən aşağıdakı məlumatları əldə edə bilərik:

İstifadə – Səhifədə keçirilən vaxt, kliklər, yükləmə xətaları daxil olmaqla, veb saytımızdan necə istifadə edəcəyiniz barədə məlumatlar

Texniki- İP ünvanı, brauzerin növü, hardware növü, şəbəkə və proqram təminatı (software) identifikatorları, əməliyyat sistemi və sistem konfiqurasiyası

Aşağıda tərtib olunmuş cədvəldə sizin fərdi məlumatlardan necə istifadə etiyimiz və bunun üçün olan hüquqi əsaslar göstərilmişdir. Biz sizin fərdi məlumatları hansı xüsusi məqsəd üçün istifadə edəcəyimizdən asılı olaraq birdən daha çox qanuni əsaslarla işlədə bilərik. Ən əsası odur ki, fərdi məlumatlarınızı yalnız qanun icazə verərkən istifadə edəcəyik.

MƏLUMATLARDAN NƏ ÜÇÜN İSTİFADƏ EDİRİK | MƏLUMATLAR NƏDƏN İBARƏTDİR | MƏLUMATLARDAN İSTİFADƏ ÜÇÜN HÜQUQİ ZƏMİN
Brainpriz istifadəçisi olaraq sizi qeydiyyatdan keçirmək üçün | ŞəxsiƏlaqəProfilSosial | Sizinlə bağlanmış müqavilənin icrası
Brainpriz hesabınıza giriş edə bilməniz üçün | ŞəxsiƏlaqəSosial | Sizinlə bağlanmış müqavilənin icrası
Brainpriz yarışmalarında iştirak edə bilməniz üçün | ŞəxsiƏlaqəMaliyyə | Sizinlə bağlanmış müqavilənin icrası
Veb saytımız vasitəsilə ödənişləri həyata keçirə bilməniz üçün | ŞəxsiƏlaqəMaliyyə | Sizinlə bağlanmış müqavilənin icrası
Yarışmada qalib olduğunuz halda mükafatın sizə çatdırılmasını təşkil etmək üçün | ŞəxsiƏlaqəMaliyyə | Sizinlə bağlanmış müqavilənin icrası
Daxili idarəetmə və qeydlərin aparılması məqsədləri üçün | Hamısı | Sizinlə bağlanmış müqavilənin icrası. Qanuni maraqlarımız (effektiv iş idarəçiliyi və xidmət təminatı üçün) üçün zəruri olan qanuni öhdəliklərin yerinə yetirilməsi vacibdir.MƏLUMATLARDAN NƏ ÜÇÜN İSTİFADƏ EDİRİK | MƏLUMATLAR NƏDƏN İBARƏTDİR | MƏLUMATLARDAN İSTİFADƏ ÜÇÜN HÜQUQİ ZƏMİN
Məxfilik Siyasətimizdə, Qaydalar və Şərtlərimizdə və ya xidmət və məhsullarımızda olan dəyişikliklərlə bağlı sizi xəbərdar etmək üçün | ŞəxsiƏlaqə | Sizinlə bağlanmış müqavilənin icrasıQanuni öhdəliyə riayət etmək zəruridir
Sizinlə poçt, e-poçt və ya telefon vasitəsilə əlaqə saxlayaraq sorğularınızı cavablamaq üçün | ŞəxsiƏlaqə | Sizinlə bağlanmış müqavilənin icrasıQanuni maraqlarımız üçün zəruridir(müştərilərimizin xidmətlərimizdən xəbərdar olması və məmnun qalması üçün)
Müvafiq Brainpriz yarışmaları, məhsullar və xidmətlər barədə sizi məlumatlandırmaq üçün | ŞəxsiƏlaqəProfil | Qanuni maraqlarımız üçün zəruridir (yarışmalarımız, məhsul və xidmətlərimiz daxil olmaqla işimizi inkişaf etdirmək üçün)Razılaşma
Sizə uyğun hesab etdiyimiz üçüncü tərəfə məxsus məhsullar barədə sizinlə əlaqə yaratmaq və ya bununla bağlı sizinlə birbaşa əlaqə üçün məlumatlarınızı üçüncü tərəfə ötürmək üçün (hər iki halda, bunları dinləmək istədiyinizi qeyd etdiyiniz zaman) | ŞəxsiƏlaqəProfil | Razılaşma
Saytı nəzərdən keçirərkən daha müvafiq kontentə və reklama rast gəlməklə Brainpriz təcrübənizi daha da inkişaf etdirmək və fərdiləşdirmək üçün | ŞəxsiƏlaqəProfilİstifadəTexniki | Qanuni maraqlarımız üçün zəruridir(işimizi, veb saytımızı və ümumilikdə istifadəçi təcrübəsini inkişaf etdirmək və marketinq strategiyamız barədə məlumat vermək üçün )
Veb saytımızın interaktiv xüsusiyyətlərində iştirakınızı təmin etmək üçün və veb sayt (troubleshooting) problemləri, test və analizlər daxil olmaqla Brainpriz veb saytını idarə etmək üçün | Hamısı | Sizinlə bağlanmış müqavilənin icrasıQanuni maraqlarımız üçün zəruridir (veb saytımızın sizin üçün ən effektiv şəkildə fəaliyyət göstərməsi və tam funksionallığının təmin edilməsi üçün)
Şəxsiyyətinizi doğrulamaq, dələduzluq və təhlükəsizlik məsələlərini aşkarlamaq üçün | Hamısı | Qanuni maraqlarımız üçün zəruridir (dələduzluq fəaliyyəti, təhlükəsizlik və cinayət fəaliyyətinin aşkarlamaq və qarşısını almaq üçün)
Rəy və sorğular vasitəsilə bizə rəylərinizi bildirmək imkanı vermək üçün | ŞəxsiƏlaqəProfilİstifadəTexniki | Qanuni maraqlarımız üçün zəruridir(xidmətlərimizin yaxşılaşdırılması üçün biznesimizi inkişaf etdirmək, yeni məhsulları və xidmətləri reklam etmək, müştərilərdən rəy almaq)

Biz fərdi məlumatlarınızı başqa səbəb üçün istifadə etməli olduğumuzu və bu səbəbin əsl məqsədlə uyğunlaşdığını düşünmədiyimiz təqdirdə, həmin məlumatları yalnız topladığımız məqsədlər üçün istifadə edəcəyik. Fərdi məlumatlarınızı müvafiq olmayan məqsəd üçün istifadə etməli olduğumuz halda, sizi öncədən xəbərdar edəcək və bizə icazə verən hüquqi əsasları izah edəcəyik.

Yuxarıdakılara əlavə olaraq, fərdi məlumatlarınızı kimliyiniz müəyyən edilə bilməyəcək şəkildə anonimləşdirə və toplaya bilərik. Bu bizə daxili sistemlərimizin sınaqdan keçirilməsi, tədqiqat və ümumi müştəri məlumatlarının analiz edilməsində köməkçi ola bilər. Belə ki, şəxsən müəyyənləşdirilmədiyi üçün bundan hər hansı məqsədlə istifadə edə bilərik.

MƏLUMATLARINIZI KİMLƏRLƏ PAYLAŞIRIQ?

Xüsusilə, biz məhsullarını/xidmətlərini sizə satmaq üçün məlumatlarınızı üçüncü tərəflə paylaşmırıq. Əgər gələcək günlərdə bunu etmək qərarına gələrsək, yalnız sizinlə bu barədə razılaşmamız olduğu halda məlumatları paylaşacağıq.

Bununla belə, fərdi məlumatlarınızı məhsul və xidmətlərimizi sizə ən effektiv şəkildə çatdırmamıza kömək etmək məqsədilə üçüncü tərəflərlə paylaşırıq. Bunlara bizə kömək edən üçüncü tərəflər daxildir:

Müvafiq Brainpriz e-poçt-ləri və marketinq mətnlərinin çatdırılması (abunəliyinizi ləğv etmədiyiniz müddətcə)

Müştərilərimizin rəyləri və sorğuları

Xüsusi istifadəçi təcrübəsini təmin etmək məqsədilə veb saytımızın kontentini fərdiləşdirmək

Xidmətlərimiz üzrə yeniliklərdən xəbərdar olmaq üçün müvafiq hədəfli və təkrar hədəflənmiş reklamların çatdırılması

Dələduzluq və ya cinayət fəaliyyətinin aşkar edilməsi

Brainpriz hesabınızın yaradılması (qeydiyyat prosesinin bir hissəsi kimi giriş məlumatlarınızı təqdim etdiyiniz sosial media şirkətlərinizin olması)

Auditor və peşəkar məsləhətçilərimiz kimi yarışmalarımızın idarə edilməsi

Veb saytımızı idarə etmək və müştərilərin ödənişlərini etmək kimi xidmətlərimizin digər istiqamətləri

Fərdi məlumatlarınızı üçüncü tərəflərlə paylaşdığımız təqdirdə, girişin bildiyimiz əsaslarla ciddi şəkildə məhdudlaşdırılmasını və məxfilik və təhlükəsizliklə bağlı uyğun öhdəliklərə tabe olacağını təmin edəcəyik. Xahiş edirik ki, üçüncü tərəfin müvafiq xidmət provayderlərinin “Çərəzlər” (“Cookies”) və ya digər izləmə texnologiyalarından istifadə etdiyini unutmayın. Bu barədə “Çərəzlər Siyasəti” (“Cookies Policy”) bölməsində ətraflı məlumat verilib.

Yuxarıda göstərilənlərə əlavə olaraq, qanun və ya qaydalarla tələb olunduğu halda, fərdi məlumatlarınızı üçüncü tərəflə bölüşməyimiz tələb oluna bilər. Bu kimi hallarda məlumatların açıqlanmasının yalnız qanun və ya qaydalarla tələb olunan dərəcədə olmasından əmin olmalıyıq.

MƏLUMATLARINIZIN TƏHLÜKƏSİZLİYİNİ NECƏ TƏMİN EDİRİK?

Biz məlumatlarınızın təhlükəsiz və etibarlı olmasını təmin etmək və məlumatlarınızın icazəsiz girişinin və ya istifadəsinin və ya itirilməsinin qarşısını almaq üçün sənaye standartlarında təhlükəsizlik proseslərini tətbiq edirik. Məsələn, daxil etdiyiniz bütün məlumatları bizə göndərilmədən öncə şifrələyən təhlükəsiz server proqramından (EV SSL) istifadə edirik. Həmçinin, xidmətlərimizi göstərməkdə bizə kömək edərkən sizin məlumatlarınızı idarə etməli olan üçüncü tərəflərin uyğun məxfilik və təhlükəsizlik standartlarına tabe olmasını təmin edirik.

Tətbiq etdiyimiz təhlükəsizlik tədbirlərinə baxmayaraq, xahiş edirik ki, məlumatların internet vasitəsilə ötürülməsinin tam təhlükəsiz olmadığını unutmayın. Beləliklə, internet vasitəsi ilə bizə ötürülən məlumatların tamamilə etibarlı olacağına zəmanət verə bilmərik və hər hansı bir ötürülmə ilə bağlı təhlükəyə görə məsuliyyət daşıyırsınız.

MƏLUMATLARINIZI NƏ QƏDƏR MÜDDƏTDƏ SAXLAYIRIQ?

Sizin məlumatlarınızı Brainpriz hesabınızı saxladığınız müddətdə və ya ən son xəbərlərimiz, məhsullarımız və xidmətlərimiz haqqında eşitmək istədiyiniz müddətdə saxlayacağıq. Artıq Brainpriz-ə daxil olmaq istəmədiyiniz zaman, hər hansı bir qanuni səbəb olarsa, məlumatlarınızı saxlamağa ehtiyac ola bilər (məsələn: yarışmalarımızda oynamaq üçün ödəniş etdiyiniz və ya sizinlə hər hansı mübahisəni həll etməli olduğumuz vergi məqsədləri üçün).Sizin kart məlumatlarınız, biz tərəfdən saxlanılmır.

ÜÇÜNCÜ TƏRƏF VEB SAYTLARA KEÇİD ÜÇÜN LİNKLƏR

Veb saytımızda digər veb saytları asanlıqla ziyarət etməyinizi təmin etmək üçün linklər yerləşdirilə bilər. Lakin veb saytımızı tərk etmək üçün bu linklərdən istifadə etdikdən sonra həmin üçüncü tərəf saytları üzərində hər hansı bir nəzarətimiz yoxdur və bu saytları ziyarət edərkən verdiyiniz məlumatların qorunması və məxfiliyinə görə məsuliyyət daşımırıq. Üçüncü tərəf saytlarından istifadəniz bizim Məxfilik Siyasəti ilə tənzimlənmir. Diqqətli olmalı və sözügedən veb saytlarda tətbiq olunan məxfilik siyasətini və istifadə şərtlərini araşdırmalısınız.

MƏXFİLİK SİYASƏTİMİZDƏ DƏYİŞİKLİKLƏR

Məxfilik Siyasətimizdə dəyişiklik edəcəyimiz təqdirdə, bu barədə məlumat Brainpriz.com veb saytında yayımlanacaq, buna görə yeniləmələrdən xəbərdar olmaq üçün mütəmadi olaraq saytı yoxlayın. Hər hansı bir ciddi dəyişiklik olduğu halda, uyğun olduğu təqdirdə sizə elektron poçtla məlumat verə bilərik.

HÜQUQLARINIZ

Müəyyən vəziyyətlərdə, aşağıdakı hüquqlara maliksiniz:

Fərdi məlumatların nüsxəsinə girişetmək

Hesabınıza giriş edərək özünüz edə biləcəyiniz və ya istədiyiniz şəkildə fərdi məlumatlara düzəliş etmək və ya yeniləmək; xahiş edirik ki, bizimlə əlaqə yaradın, biz sizə köməklik göstərə bilərik;

Fərdi məlumatlarınızı silmək;

Qanuni marağa (yuxarıdakı cədvəldə qeyd olunduğu kimi) əsaslandığımız fərdi məlumatlarınızın emalına etiraz etmək;

Fərdi məlumatlarınızın emalını məhdudlaşdırmaq;

Fərdi məlumatlarınızın üçüncü tərəfə ötürülməsini tələb etmək; və ya

Məlumatların emalı üzrə müvafiq fəaliyyətlərimizə razılıq verdiyiniz təqdirdə, müəyyən şərtlərdə istənilən vaxt razılığınızı geri götürə bilərsiniz (lakin qeyd etmək lazımdır ki, qanuni qanuni əsaslarımız varsa, bu cür fərdi məlumatların işlənməsinə davam edə bilərik).

Bu hüquqlardan hər hansı birini istifadə etmək istəyirsinizsə, xahiş edirik bizimlə əlaqə saxlayın. Tələbiniz tamamilə əsassız, təkrar və ya həddindən artıq olmadığı təqdirdə (bu halda müvafiq ödəniş tələb edə bilərik), hüquqlarınızdan istifadə etmək üçün heç bir ödənişə ehtiyac yoxdur. Alternativ olaraq, bu şərtlərdə tələbinizi yerinə yetirməyi rədd edə bilərik. Tələbinizin qanuni olduğu halda, bir ay ərzində cavab verəcəyik (daha uzun müddət tələb etməyiniz üçün qanuni bir səbəb olmadığı təqdirdə, məsələn, sorğunuzun olduqca qarışıq olarsa). Sorğunun kim tərəfindən göndərildiyi bizə aydın olmadıqda, sorğunuza baxmadan öncə şəxsiyyətinizi təsdiqləməyinizə ehtiyac yarana bilər.

BRAİNPRİZ MARKETİNQDƏN NECƏ İMTİNA ETMƏLİ

Hər hansı bir Brainpriz marketinqdən Bizimlə Əlaqə saxlayaraq və ya müvafiq marketinq e-poçt ünvanında ətraflı şəkildə göstərilən imtina et funksiyasından istənilən vaxt istifadə edərək imtina edə bilərsiniz. Xahiş edirik nəzərə alın ki, yenilənmiş gizlilik şərtləri və ya oyun şərtləri barədə sizə e-poçtla xidmət bildirişləri göndərməliyik.

Marketinq məqsədləri üçün məlumatlarınızı heç bir üçüncü tərəfə ötürmürük. Lakin gələcəkdə bunu etmək istəsək, mütləq sizin razılığınızı alacağıq. Daha sonra yuxarıda göstərilən eyni proseslərdən sonra istənilən vaxt istənilən üçüncü tərəf marketinqindən imtina edə bilərsiniz

LƏĞV ETMƏ VƏ GERİ ÖDƏMƏ SİYASƏTİ

Şərtlərimizlə razılaşdığınız, giriş haqqını ödədiyiniz və aylıq yarışmalarımızda iştirak etməyə davam etdiyiniz müddətdə, sizin girişinizi ləğv etmir və ya pulunuzu geri ödəmirik. Veb saytımızda olduğunuz müddətdə baş verə biləcək hər hansı texnoloji xətalar və texniki problemlərə görə məsuliyyət daşımırıq. Belə ki, biz baş verən xətaların qarşısının alınmasına tam nəzarət edə bilmirik. Texniki xətalar xaricində veb sayt və ya oyunla bağlı hər hansı bir sualınız və ya probleminiz yaranarsa, sizə yüksək müştəri xidməti təklif etməklə, köməklik göstərəcəyik.

BİZİMLƏ ƏLAQƏ 

Bu siyasətlə bağlı hər hansı məsələni müzakirə etmək və ya hüquqlarınızdan istifadə etmək istədiyiniz halda, bizimlə əlaqə yaradın:

E-poçt: [email protected]

Xahiş edirik bizə yazın:

Üzeyir Hacıbəyli 57

Telefon: +994508501105